BAKI, 22 dekabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron hökumət başçısı vəzifəsini tərk edən prezidentlər üçün nəzərdə tutulan təqaüddən imtina edib.
Spitnik Azərbaycan bildirir ki, bu barədə "Parisien" nəşri yazır.
Makron həm birinci prezidentlikdən sonra, həm də ikinci dəfə seçiləndən sonra Fransa liderlərinə verilən ödəmələrdən imtina etmək qərarına gəlib. Bundan başqa, o, qanunla nəzərdə tutulan Konstitusiya şurasındakı ömürlük vəzifədə də qalmaq istəmir.
Nəşrin yazdığına görə, Makronun qərarı onun "ölkədəki şəraitə uyğun davranmaq" istəyindən irəli gəlir.
Xatırladaq ki, üçüncü həftədir ki, Fransada pensiya islahatları əleyhinə etirazlar davam edir.