Liviyada içində türklərin olduğu gəmini hərbçilər saxladılar

Türkiyəyə məxsus "Haksa" gəmisi
Türkiyəyə məxsus Haksa gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin tanıdığı, Fayez Sərracın başçılıq etdiyi Milli Birlik Hökumətinə (MBH) hərbi yardım etməyə hazırlığı barədə verdiyi bəyanatdan sonra  baş verib

BAKI, 22 dekabr — Sputnik. General Xəlif Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələri heyəti Türkiyə vətəndaşlarından ibarət gəmini saxlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Liviya HDQ-nin kateri gəmini Liviya ərazi sularında saxlayaraq yoxlama məqsədilə Ras-əl-Hilal limanına aparıb. Gəminin göyərtəsində hansı yükün olması barədə məlumat verilmir.

Seyf əl-İslam Qəddafi - Sputnik Azərbaycan
Liviya quldur özbaşınalığından bezib: Rusiya Qəddafinin oğlunu dəstəkləyəcəkmi?

Müşahidəçilər bildirirlər ki, bu hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin tanıdığı, Fayez Sərracın başçılıq etdiyi Milli Birlik Hökumətinə (MBH) hərbi yardım etməyə hazırlığı barədə verdiyi bəyanatdan sonra  baş verib.

Bu günlərdə Türkiyə Parlamenti MBH ilə müdafiə və təhlükəsizlik sahəsində imzalanmış razılaşmanı təsdiqləyib.

Liviyada 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra ikihakimiyyətlilik yaranıb. Tripolidə MBH qərarlaşıb, ölkənin şərqində isə Həftarın Milli Ordusunu dəstəklədiyi, xalqın seçdiyi parlament qərarlaşıb.

Həftarın ordusu Sərracı devirmək üçün Tripolinin mərkəzi rayonlarına hücumlar edir. Dekabrın 15-nə olan məlumatda Həftarın ordusunun Tripolinin mərkəzindən 10 km aralıda olduğu bildirilirdi.

Xəbər lenti
0