CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə yanan məktəbdə zəhərlənən var

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib

BAKI, 22 dekabr — Sputnik. Gəncə şəhərində tam orta məktəbdə yanğın olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsinin qarşısı alınıb.

Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0