Bayram əyləncəsi qana boyandı: 13 yaralı - VİDEO

CC0 / F. Muhammad / PoliceАмериканская полиция
Американская полиция - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin xəbərlərə görə, orada bayram ziyafəti keçirilirmiş. Hadisə zamanı yaralanan 13 nəfər yerli xəstəxanalara çatdırılıb

BAKI, 22 dekabr — Sputnik. ABŞ-ın İllinoys ştatında, Çikaqoda bir evdə atışma zamanı ən azı 13 nəfər yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABC7 telekanalı yerli polisə istinadən məlumat yayıb.

Polisdən verilən məlumatda deyilir ki, hadisə Enqlvud rayonundakı yaşayış evində baş verib. İlkin xəbərlərə görə, orada bayram ziyafəti keçirilirmiş. Hadisə zamanı yaralanan 13 nəfər yerli xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0