Vahid Əhmədov: “2020-ci ilin büdcəsində kifayət qədər artım var”
Prezident İlham Əliyev Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycan-a deyir ki, 2020-ci ilin büdcəsində kifayət qədər artım var və normal büdcədir:
“Gələnilki büdcədə əsasən sosial yönümlü layihələrə üstünlük verilib. Dövlət büdcəsinin təxminən 39,5 faizini sosial yönümlü layihələr, o cümlədən 35 faizə yaxını investisiya layihələri üçün nəzərdə tutulub. Gələn il üçün qeyri-neft sektorunun inkişafında 10 faizlik artım planlaşdırılıb”.
Vahid Əhmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz