BAKI, 22 dekabr — Sputnik. Azərbaycana idxal edilən tərkibində kütlə payı 80 faiz və daha çox olan titan-dioksid əsasında piqmentlər və preparatlar iki il müddətinə gömrük rüsumundan azad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərar gələn il yanvarın 19-da qüvvəyə minir.