CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dava düşdü, üç nəfər bıçaqlandı

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ciyərindən, döş qəfəsindən və budundan bıçaqlanan dava iştirakçıları dərhal xəstəxanaya çatdırılıblar

BAKI, 22 dekabr — Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Kütləvi davada 1989-cu il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıblar.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağ döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0