Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda silahlı insident - Gənci öz maşınında gülləyə tutdular

© Sputnik / Irade JELILYol Patrul Xidmətinin maşını gecə reydi zamanı
Yol Patrul Xidmətinin maşını gecə reydi zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Öz avtomobilində olan Binəqədi sakininə ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

BAKI, 22 dekabr — Sputnik. Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Xəbər lenti
0