Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Trampı təriflədi

CC0 / The White House / Trump - LavrovВстреча министра иностранных дел России Сергея Лаврова и президента США Дональда Трампа
Встреча министра иностранных дел России Сергея Лаврова и президента США Дональда Трампа - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, yüksək kateqoriyalı siyasətçilər arasında elə də tez-tez rast gəlinən hal deyil, ancaq mənim fikrimcə, dedikcə məhsuldar yanaşmadır"

BAKI, 22 dekabr — Sputnik. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampı beynəlxalq məsələlərin müzakirəsində sərgilədiyi açıqlığa görə tərifləyib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, S.Lavrov Birinci kanalda yayımlanan "Böyük oyun" verilişində Amerika lideri barədə fikirlərini bölüşüb.

"Biz bir-birimizi pis tanımırıq, Prezident Trampın beynəlxalq məsələləri, ikitərəfli münasibətləri necə müzakirə etməsi mənim xoşuma gəlir. O, ikibaşlı açıqlamalardan qaçır və düşündüyünü birbaşa söyləməyə çalışır. Bu, yüksək kateqoriyalı siyasətçilər arasında elə də tez-tez rast gəlinən hal deyil, ancaq mənim fikrimcə, dedikcə məhsuldar yanaşmadır", - Lavrov deyib.

Dekabrın 10-da Rusiya XİN rəhbəri ABŞ-a səfər edərək orada Dövlət katibi Mayk Pompeo və  Prezident Donald Trampla görüşüb. Tərəflər Suriya, Ukrayna, Liviya, Əfqanıstan və Venesuela barədə müzakirə aparıblar. Eləcə də strateji sabitlik, SHS-3 (Strateji Hücum Silahlanması barədə razılaşma - red.) və Koreya Xalq Demokratik Respublikası barədə məsələlər də müzakirə mövzusu olub.

Xəbər lenti
0