CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərə şad xəbər – Xüsusi zolaqların sayı artacaq

Abunə olmaq
BNA-nın təklifi ilə Babək prospekti Yusif Səfərov və Füzuli küçəsində "BusLine"-lar təşkil olunub. Lakin təəssüf ki, hələ də bu xətlər yaxşı şəkildə çalışmır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Avtobuslar üçün xüsusi hərəkət zolağı olan "BusLine"-ın sayı artırılacaq. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.

На месте ДТП двух автобусов в Баку - Sputnik Azərbaycan
HADİSƏ
BNA ağır avtobus qəzası ilə bağlı açıqlama yaydı

O bildirib ki, bu istiqamətdə BNA tərəfindən aidiyyəti qurumlarla danışıqlar aparır: ""BusLine"-ların təyinatı üzrə fəaliyyət göstərməsi və bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi istiqamətində aidiyyəti qurumlarla işlər aparılır. Hazırda BNA-nın təklifi ilə Babək prospekti Yusif Səfərov və Füzuli küçəsində "BusLine"-lar təşkil olunub. Lakin təəssüf ki, hələ də bu xətlər yaxşı şəkildə çalışmır".

O, həmçinin qeyd edib ki, "BusLine"-ın təşkilində başlıca məqsəd insanları daha çox ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir.

Xəbər lenti
0