İnsanları cizgi filmi ilə "sağaldacaqlar"

© pixabay / mojzagrebinfoРебенок смотрит телевизор, фото из архива
Ребенок смотрит телевизор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sağlam həyat tərzinə, bədən tərbiyəsinə və idmana həsr olunmuş multiplikasiya serialının çəkilməsi üçün oktyabrda "Soyuzmultfilm" ilə müqavilə imzalanıb

 

BAKI, 21 dekabr — Sputnik. Tatarıstan və Rusiyanın "Soyuzmultfilm" animasiya studiyası sağlam həyat tərzini təbliğ edən multiplikasiya serialını çəkəcəklər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İdman və Sosial Layihələr İdarəsinin baş direktoru Azat Kadırov deyib.

Onun sözlərinə görə, sağlam həyat tərzinə, bədən tərbiyəsinə və idmana həsr olunmuş multiplikasiya serialının çəkilməsi üçün oktyabrda Nijni Novqorodda baş tutmuş forumda "Soyuzmultfilm" ilə müqavilə imzalanıb.

Kadırov deyib ki, serialın ərsəyə gəlməsi üç il çəkəcək. Bu müddət ərzində 52 seriyanın çəkilməsi nəzərdə tutulub. Cizgi filminin yaradılması üçün təxminən 100 milyon rubl (2,7 milyon manat) xərclənəcək.

"Meqaperspektivdə məqsədimiz serialı təkcə Rusiya telebazarı üçün yox, həm də beynəlxalq bazar üçün uyğunlaşdırmaqdır", - o deyib.

 

Xəbər lenti
0