CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəm qazından zəhərlənmənin qorxunc statistikası

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Kliniki Tibbi Mərkəzə gətirilənlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb. Bu mövsüm isə dəm qazından zəhərlənmə ilə bağlı Mərkəzə 26 müraciət daxil olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Ötən ilin yanvar ayından bu vaxta qədər dəm qazından zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 71 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında şöbənin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Счетчик газа - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dörd yüzdən artıq evə qaz verildi

O, bildirib ki, dəm qazından zəhərlənmə hadisələrinin sayında ötən illə müqayisədə bu il azalma qeydə alınıb. A. Maqsudov qeyd edib ki, ötən il bu cür hadisələrin sayı 100-dən çox olub. Baş toksikoloq dəm qazından zəhərlənmə ilə bağlı əhalinin maarifləndirməsinin nəticə verdiyini söyləyib. Onun sözlərinə görə, dəm qazından zəhərlənmə hadisələri əksər hallarda vanna otaqlarında qeydə alınır. Buna səbəb isə vanna otaqlarında su isitmə cihazlarının yerləşdirilməsidir: "Biz təbliğat işləri aparırıq ki, əhali vanna otaqlarına belə cihazları yerləşdirməsin. Su isitmə cihazları mütləq kənarda quraşdırılmalıdır".

Şöbə müdiri bildirib ki, ötən il Mərkəzə gətirilənlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb. Bu mövsüm isə dəm qazından zəhərlənmə ilə bağlı Mərkəzə 26 müraciət daxil olub.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib. Hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib. Onlar valideynləri tərəfindən təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qazdan zəhərlənən 2011-ci il təvəllüdlü İsmayılzadə Məhəmməd Samir oğlu, 2015-ci il təvəllüdlü İsmayılzadə Hüseyn Samir oğlu və 2019-cu il təvəllüdlü İsmayılzadə Zəhra Samir qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta ağırdır.

Xəbər lenti
0