Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. Bakıda növbəti həftədən etibarən bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslar kart sisteminə keçəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, hazırda istismarda olan avtobuslarda kart sisteminə keçid üçün məhdud imkanlardan istifadə edilərək texniki işlər aparılır. O bildirib ki, bu istiqamətdə görülən işlər yekunlaşmaq üzrədir: "Növbəti həftədən marşrut avtobuslarında kart sisteminə keçidə start veriləcək. Gediş haqqı nağd şəkildə ödənilən avtobuslarda bir-bir kart sistemi tətbiq ediləcək. Nəqliyyat canlı mexanizmdir. Onu dayandırıb hər hansı dəyişiklik etmək imkanı yoxdur. Odur ki, məhdud imkanlardan istifadə etməklə avtobusların kart sisteminə keçidi üçün texniki işlər görülür".
Qeyd edək ki, hazırda 500 avtobusda gediş haqqı kart sistemi ilə ödənilir.