CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusda gənc qızın qətli ilə bağlı iddiaya rəsmi cavab verildi

© © Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb

BAKI, 21 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı qətlə yetirməsi barədə məlumat yayılıb.

Xəbər lenti
0