CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib

Abunə olmaq
Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi rusiyanın rəsmi şəxsləri qarşılayıblar

BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiyaya səfərə gedib
Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Rusiyaya səfərə gedib

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti
0