CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikintiyə kimlərin rəyi tələb olunur - siyahı

© Sputnik / Anar MustafayevРабочий на стройке многоэтажного дома, фото из архива
Рабочий на стройке многоэтажного дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai dinləmələrin vaxtı, yeri barədə əvvəlcədən ictimaiyyət məlumatlandırılacaq, Nazirliyin rəsmi saytında elan veriləcək

BAKI, 20 dekabr — Sputnik. "Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

O bildirib ki, bu gün qarşımızda qoyulan əsas məqsəd ondan ibarətdir ki, ölkədə ekoloji ekspertizanın obyekti olan bütün tikinti, istehsalat və digər layihələr açıq şəkildə, ictimaiyyətin və maraqlı tərəflərin iştirakı ilə qiymətləndirilsin. Ona görə də artıq bir neçə müddətdir ekoloji rəy üçün təqdim olunan bütün layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ayda 1 dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur.

Bənna, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tikintilərlə bağlı səlahiyyətləri artıq bu qurum həyata keçirəcək - Rəsmi

Dinləmələrdə layihə təqdim edən tərəflər, ərazi üzrə icra, bələdiyyə qurumları, QHT nümayəndələri, ekspertlər, həmin ərazinin sakinləri və media təmsilçiləri iştirak edirlər. Bundan sonra ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək.

Qeyd edilib ki, ictimai dinləmələrin vaxtı, yeri barədə əvvəlcədən ictimaiyyət məlumatlandırılır, Nazirliyin rəsmi saytında elan verilir.

"Məqsədimiz odur ki, əhali ölkədə ekoloji mühitə təsiri olan bütün növ tikinti işləri barədə əvvəlcədən məlumatlandırılsın, təşkil etdiyimiz məsləhətləşmələrdə iştirak etsin, rəylərin verilməsində obyektivlik və şəffaflıq təmin olunsun.

Bizim isə vəzifə borcumuz, əhəmiyyətindən asılı olmayaraq rəyə göndərilən bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir", - deyə o xatırladıb.

Xəbər lenti
0