CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil ustaları maşın qaçırdılar

Abunə olmaq
Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından "BMW" markalı avtomobilinin qaçırıldığını bildirib

BAKI, 20 dekabr — Sputnik. Avtotəmir sexlərindən birinin qarşısından "BMW" markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev avtomobillə birgə saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından "BMW" markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Xəbər lenti
0