CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məramı xoş olan ideya bölgələrdə fayda verməyə bilər - Əziyyətinə dəyərmi?

© Sputnik / Irade JELILŞamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən bina
Şamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən bina - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgələrdə tikilən bina evlərini Bakı şəhərindən olan vətəndaşlar yay fəslində istirahət etmək məqsədilə alırlar.

 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Sosial evlərin cəmiyyətdə böyük marağa səbəb olmasını əsas gətirən keçmiş millət vəkili Aydın Mirzəzadə növbəti illərdə paytaxtda və regionlarda sosial evlərin tikilməsinə xüsusi diqqət yetirilməsini təklif edib.

O, həmçinin paytaxtın və regionların ipoteka faizlərinin nisbətinin dəyişdirilməsini də təklif edərək qeyd edib ki, paytaxtda gəlirlər yüksəkdir. Regionlarda isə gəlir paytaxt qədər yüksək deyil. Faizlərin regionlarda aşağı olması səmərəli olardı.

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
MİDA-dan "güzəştli mənzillər"lə bağlı daha bir məlumat gəldi

Sputnik Azərbaycan əmlak ekspertləri ilə regionlarda sosial ev layihəsinin səmərəliliyini müzakirə edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirib ki, bu təklif təqdirəlayiqdir. Sosial evlərin tikintisinə regionlarda da başlamaq lazımdır.

Çünki regionlarda sakinlərin məskunlaşması və işləyən təbəqənin regionlara marağının artırılması baxımından bu, olduqca vacib məsələdir.

Ancaq ekspertin fikrincə, regionlarda sosial evlərin əlçatanlığını təmin etmək üçün kateqoriya məsələsi göstəricilərini yenidən nəzərdən keçirmək lazımdır.

Ekspert hesab edir ki, qeyd olunan təbəqələr üzrə regionlarda vəziyyət kifayət qədər aşağıdır: "Məsələn regionlarda dövlət qulluqçuları, regionlarda yaşamaq istəyən hərbi qulluqçular da azdır. Bununla yanaşı, regionlarda yaşayan insanların gəlirləri də bunun üçün uyğun deyil. Bu baxımdan bu mənzillərin əlçatanlığını təmin etmək lazımdır".

Ключи от квартиры - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial evlərlə bağlı qərar verildi

R.Osmanlı əlavə edib ki, Azərbaycanda Mənzil Məcəlləsində "sosial mənzil" anlayışı var. Ucuz mənzil konsepsiyasını icra etmək şərti ilə Sosial Mənzil Fondunun yaradılmasına da ehtiyac var.

"Bu istiqamətdə gələcəkdə bələdiyyələr və icra hakimiyyətlərinin müştərək müzakirəsi ilə bu layihəni həyata keçirmək mümkün ola bilər", - deyə o vurğulayıb.

Əmlak eksperti Elnur Fərzəliyev isə bildirir ki, MİDA artıq Sumqayıtda bu layihəyə başlayıb.

Daha sonra Gəncə və Mingeçevirdə bu layihənin reallaşdırılması nəzərdə tutulur.

"MİDA bildirir ki, evlər minimal məbləğə tikilir. Yasamalda bu, 800-900 manata satılır. Ancaq bu layihəyə torpaq pulsuz verilib", - deyə ekspert xatırladıb.

E.Fərzəliyev hesab edir ki, regionlarda sosial evlərin qiyməti insanların büdcəsinə uyğun olmalıdır. Əgər tikintinin, təmirin qiyməti məlumdursa, tikilən binaların kvadratının da qiyməti şəffaf olmalıldır.

Regionlarda sosial mənzil layihəsi reallaşmamışdan öncə ekspert qrupu monitorinq keçirməli, əhalinin alıcılıq qabiliyyəti ilə maraqlanmalıdır.

Tikinti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda tikinti qaydaları dəyişdi

"Bu monitorinq çərçivəsində köhnə bina evlərinin qiyməti nəzərə alınmalıdır. Yeni bina evlərinin qiyməti elə olmalıdır ki, vətəndaş ala bilsin. Əgər hansısa bölgədə iki otaqlı mənzil 50 min manata satılacaqsa, vətəndaş onu həyət evi ilə müqayisə edib, həyət evinə üstünlük verəcək. Məsələn, Gəncədə bina evlərinin alıcısı ola bilər. Amma Qusarda bina evləri var, amma alan yoxdur. Qubada, Xaçmazda nisbətən alıcılıq aktivdir. Bölgələrdə tikilən bina evlərini Bakı şəhərindən olan vətəndaşlar yay fəslində istirahət etmək məqsədilə alırlar", - E.Fərzəliyev bildirib.

Əmlak məsələri üzrə ekspert Elnur Azadov isə hesab edir ki, regionlarda sosial evlərin tikilməsi yanlış yanaşmadır.

O hesab edir ki, Bakı şəhərində sosial layihələr həyata keçirilir. Çünki evlər bahadır. Bir kvadrat metr 800 manata başa gəlirsə, bunu əhaliyə 900 manata satırlar. Sumqayıtda, Gəncədə evlərin qiyməti bahadır, amma digər ərazilədə evlərin qiyməti baha olmadığına görə sosial evlərin inşası məqsədəuyğun deyil. Çünki yerli əhaliyə 2-3 sot torpaq sahəsi alıb, orada zamanla kiçik bir ev tikmək daha çox sərf edir: "Belə ev vətəndaşa 25-30 minə başa gəlir. Bu daha sərfəlidir. Ancaq Hövsanda və ya Lökbatanda tikilən sosial ev 50-60 minə başa gəlir. Regionlarda bu layihə səmərəli olmayacaq. Tələbat çox deyil və eyni zamanda orada tikilən binaların maya dəyəri daha baha olacaq. Çünki təmir zamanı istifadə edilən materialların çoxu Bakıdan aparılır. Onların daşınma xərcləri var. Bu baxımdan sosial evlərin Bakı, Gəncə, Sumqayıt və bəlkə də Naxçıvanda keçərli ola biləcəyinə ümid var. Digər bölgələr üçün bu keçərli olmayacaq".

Xəbər lenti
0