Ermənistanda təhlükəsizliyə görə yeni şəxslər cavabdeh olacaqlar

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidГорода мира. Ереван
Города мира. Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan MTX-nın direktoru 2019-cu ilin sentyabrında istefaya gedib və o vaxtdan həmin vakansiya boşdur.

BAKI, 20 dekabr — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoruna iki müavin təyin edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Belə ki, Samvel Ayrapetyan və Robert Bazikyan MTX direktorunun müavinləri təyin olunublar.

Qeyd edək ki, Ermənistan MTX-nın direktoru 2019-cu ilin sentyabrında istefaya gedib və o vaxtdan həmin vakansiya boşdur. Ermənistan MTX-nın direktoru səlahiyyətlərini Eduard Martirosyan icra edir.

Xəbər lenti
0