CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür

© Sputnik / Murad OrujovГолосование на выборах президента Азербайджана
Голосование на выборах президента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

 

BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Bələdiyyə seçkiləri respublika üzrə keçirildiyindən dekabrın 23-ü qeyri-iş günüdür.

Xəbər lenti
0