CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tramvay" deyib həvəslənməyin, yüz minləri itirməyə dəyərmi?

© REUTERS / UESLEI MARCELINOТрамвай, фото из архива
Трамвай, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəhərin mərkəzində tramvay xətləri olarsa, qəzaların, piyada vurulmalarının sayı artacaq. Piyadalar bu gün yollarda az qala özlərini avtomobilin altına atırlar. Tramvay olsa, onun da altına atacaqlar"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Bakıda tramvaylar yenidən bərpa edilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

O qeyd edib ki, vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər verilib. Bu səbəbdən də indi yeni xətlər tikmək çətindir.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanuna tabe olmayanlar: Həyatımızı qorumalı olanlar ömrümüzə qənimə çevriliblər

C.Qurbanov əlavə edib ki, bu məsələ gündəmdədir: "Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes-plan hazırlayırıq. Baxaq görək, nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədliyə, Nasosnıya (Tağıyev qəsəbəsinə - red.), Maştağa tərəfə xətlər çəkilə bilər".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirb ki, tramvay və trolleybuslar ekoloji təmiz nəqliyyat vasitələri olduğu üçün Bakı kimi sıxlıqlı şəhərdə belə vasitələrin olması vacibdir.

"Tramvaylar maneəsiz nəqliyyat vasitələridir. Onlar relslə hərəkət etdiyi üçün bu, sərnişinlərin vaxtında mənzil başına çatmasına zəmin yaradan vasitədir", - deyən ekspert vurğulayıb ki, Bakı şəhərində yenidən tramvay xətləri çəkmək çətin olacaq. Buna səbəb isə uzun illər ərzində Bakının yol-infrastruktur sisteminin dəyişməsidir.

Paytaxtda yeni tramvay xəttinin çəkilməsinin böyük vəsait tələb edəcəyini xatırladan E.Cəfərin fikrincə, tramvay xətlərinin çəkilişi şəhər sakinlərinin narahatlığına səbəb olacaq.

Buna görə də ekspert şəhərin mərkəzində bu xəttin çəkilişini labüd hesab etmir. Onun fikrincə, tramvay xətlərinin çəkilməsi zamanı onların səmərəli olub-olmadığı ciddi şəkildə müzakirə edilməlidir. Əks halda, bu, 100 min manatlarla vəsaitin havaya sovrulması deməkdir.

"Tramvay xətləri büdcəyə gəlir gətirib, tıxacların qarşısını alacağı və vətəndaşların hərəkətini rahatlaşdıracağı təqdirdə bu layihə reallaşdırılmalıdır. Dekorativ əhəmiyyətə malik olacaqsa, bunun üçün 100 min manatlarla vəsaitin xərclənməsinə dəyməz", - deyə E.Cəfər bildirib.

Mütəxəssis hesab edir ki, tramvayların fəaliyyətə başlaması tıxacların qarşısını almayacaq.

Ekspert Elməddin Muradlı qeyd edir ki, Bakıda tramvay xətlərinin sökülməsi Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə baş verib.

"Onun dövründə Bakının abadlaşdırılması adı ilə məhv edilməsi həyata keçirilib. Ağacların kütləvi şəkildə qırılması, avtobus dayanacaqlarında aptek, dönərxana və s. bu kimi iaşə obyektlərinin tikilməsi, yollarda suötürücü barmaqlıqların məhv edilməsi məhz onun dövrünə təsadüf edir. H.Abutalıbov yol təsərrüfatına böyük zərər vurub", - deyə o qeyd edib.

 Həzi Aslanov-2 stansiyasının tikintisi - Sputnik Azərbaycan
Xeyrini "Elmlər Akademiyası"nda görəcəklər, zülmü "Həzi Aslanov"dakılar çəkir

E.Muradlının sözlərinə görə, həmin dövrdə Bakı şəhərində çəkilən yollar da keyfiyyətsiz olub.

Ekspert vurğulayıb ki, həqiqətən də tramvay xətləri elə məhv edilib ki, onların yenidən bərpa edilməsi külli miqdarda vəsait təlb edən işdir. "Əvvəlki xətlər qalmış olsaydı, onları az bir xərclə yenidən bərpa etmək olardı. Şəhəriçi tramvay xətlərindən istifadə etmək çox çətin olacaq, - deyən E.Muradlı bildirir ki, hazırda tramvay xətlərinin Bakı ətrafı ərazilər üçün reallaşdırılması daha yaxşı olar. - Şəhərin mərkəzində tramvay xətləri olarsa, qəzaların, piyada vurulmalarının sayı artacaq. Piyadalar bu gün yollarda az qala özlərini avtomobilin altına atırlar. Tramvay olsa, onun da altına atacaqlar. Bunun qarşısını almaq üçün isə ya çəkiləcək tramvay yolları bağlanmalı, ya da daha rahat yollarda yaradılmalıdır".

Onun fikrincə, Bakıda tramvay və trolleybus xətləri bərpa edilərsə, sıxlıq 40 faizə qədər azala bilər.

Qeyd edək ki, ötən il ölkə başçısı İlham Əliyev "Yol hərəkətinin təhlükəsizliyinə dair" 5 illik dövlət proqramı imzalayıb. Həmin proqramda tramvay, trolleybus xətlərinin çəkilməsi məsələsinə toxunulub. Xatırladaq ki, Bakı şəhərində tramvay 1924-2004-cü illərdə fəaliyyət göstərib. İlk tramvay 1924-cü il fevralın 8-də istismara verilib. Bundan öncə isə 1889-cu ildə polad xətt üzərində hərəkət edən faytonlar istismara verilmişdi. Amma bu, vətəndaşların tələbatını ödəmirdi.

Elektrikli tramvay xəttinin salınması təklifi 1903-cü ildə edilsə də, tramvayın istismara verilməsi 20 il ləngiyib.

Xəbər lenti
0