CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərlə bağlı müjdə

© Sputnik / Irade JELILBadamdarda süşürmə zonasındakı evlər
Badamdarda süşürmə zonasındakı evlər - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Bakının müxtəlif rayonlarında qanunsuz tikilən evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, artıq paytaxtın müxtəlif rayonlarında sakinlərlə sorğu-sual aparılır, onlarda qanunsuz tikili ilə bağlı hansı sənədlərin olduğu araşdırılır.

Sputnik Azərbaycan-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, onlara bələdiyyələr tərəfindən sorğu blankları verilir və torpaq üçün hansı sənədlərinin olduğu barədə məlumat alınır. Bakının Binəqədi rayonu, eyni adlı qəsəbəsinin sakini Esmira Nuriyeva Sputnik Azərbaycan-a bildirib ki, evlərin sənədləşməsi məqsədilə bələdiyyə müfəttişləri qəsəbə ərazisində sakinlərlə görüşür, lazımi məlumatlar alırlar: "Bizim bələdiyyəyə getməyimizə ehtiyac yoxdur. Sağ olsun bələdiyyə müfəttişləri, qapı-qapı döyüb evlərimizin, torpağın sənədləri ilə maraqlanırlar. Bizə deyirlər ki, qanunsuz evlər sənədləşdiriləcək. Bu məlumatlar da ona görə toplanır".

© © Sputnik / Zulfiyya GuluyevaSorğu blankı
Sənədsiz evlərlə bağlı müjdə - Sputnik Azərbaycan
Sorğu blankı

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva sakinlərin dediklərini təsdiqləyib. Bildirib ki, artıq bir müddətdir ki, qanunsuz evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb:

"Bələdiyyə işçiləri qəsəbə ərazisindəki evlərin hansı sənədlərinin olduğunu araşdırır. Sorğu blanklarında isə evin hansısa kommunikasiya xəttinin üzərində, yaxud mühafizə zolağında inşa olunub-olunmadığı və sair məsələlər var. Elə evlər var ki, torpağın bələdiyyə sənədi var, yaxud da icradan hər hansı sənəd verilib. Bütün bunların uçotu aparılaraq rayon icra hakimiyyətinə təhvil veriləcək".

A.Əliyeva artıq qəsəbə ərazisində qanunsuz evlərin 60 faizi barədə dolğun məlumatların əldə edildiyini söyləyib.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədsiz evlərlə bağlı Prezident Administrasiyası rəhbəri sərəncam verib. Həmin sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb: "Bu suallar yaşayış evinin və torpaq sahəsinin ünvanı, yaşayış evinin və torpaq sahəsinin sahibi, yaşayış evinin tikintialtı sahəsi, evin hündürlüyü və evin mərtəbəliliyi, otaqların sayı, kommunikasiyalarla təminatı, evin inşa olunduğu il, evin tikintisinə dair sənədlər, evdə yaşayan şəxslər barədə məlumatlar, yaşayış evinin dövlət müəssisəsinin ərazisində yerləşib-yerləşmədiyinə dair məlumatlarla bağlıdır.

Bakının gecəqondu tipli evlərdən ibarət olan bu qəsəbəsini xalq arasında Şanxay adlandırırlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bələdiyyələrin saxta vergi siyasəti - Heç nədən nə qədər pulumuzu alıblar

Həmçinin 26 sualın içərisində evlə bağlı mübahisənin olub-olmaması, evin tikinti standartlarına uyğunluğu, istifadə olunan torpağın faktiki sahəsi, torpağın ayrılmasına dair mövcud sənədlər və ayrılmış torpaq sahəsinin ölçüsü, əlavə torpaq sahəsinin zəbt olunub-olunmaması və zəbt olunmuş sahə barədə məlumat, torpağın mərzçəkməsinin və hasarının olub-olmaması, torpaq sahəsinin xarici vətəndaşa məxsus olub-olmaması, torpaq sahəsi ilə bağlı mübahisənin olub-olmadığı, torpağın kateqoriyası və mülkiyyət növü, evin və torpağın bir hissəsinin mühafizə zona və zolaqlarına, sürüşmə zonasına düşüb-düşməməsi barədə məlumatlar qeyd edilir. Sorğu blankında Yerli Ekspert Komissiyasının rəyi, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi, Yerli Ekspert Komissiyası üzvlərinin imzası, yaşayış evinin və torpaq sahəsi sahibinin imzası, formanın doldurulma tarixi də öz əksini tapıb".

H.Hüseynov bildirib ki, bu suallar cavablandırılandan sonra yerli icra başçılarına təqdim edilir: "Yerli icra başçıları ekspert komissiyalarının sədrləridir. Bundan sonra sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunacaq. BŞİH isə sənədləri Prezident Administrasiyasına təqdim edəcək".

H.Hüseynov deyir ki, sənədsiz evlərlə bağlı ən son qərar Prezidentin olacaq. Prezidentin sərəncamından sonra qanunsuz evlərin sənədləşdirilməsinə başlanılacaq:

"Amma bu o demək deyil ki, qanunsuz tikililərin hamısı birdən sənədləşdiriləcək. Bu iş mərhələ-mərhələ həyata keçiriləcək. Paytaxtda 500 minə yaxın qanunsuz ev var. Amma bu sərəncam təkcə Bakını yox, bütün respublikanı əhatə edir".

Assosiasiya rəhbəri bildirir ki, qanunsuz evlərlə bağlı bələdiyyələr və MİS-lər ərazilərdə sakinlərə yaxınlaşırlar. Amma kimdənsə bu barədə məlumat alınmayıbsa, özü də ərazi üzrə bələdiyyə və MİS-lərə müraciət edə bilər. H.Hüseynovun sözlərinə görə, qanunsuz evlərlə bağlı sorğu blanklarının doldurulması prosesinin gələn ilin aprel ayına qədər yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib.

Xəbər lenti
0