Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Səhra gəmiləri" – Mingəçevir sakini ekzotik heyvanların sayını artırmağa çalışır

Abunə olmaq
Günümüzdə Azərbaycan üçün dəvələr olduqca nadir sayılır, halbuki əvvəllər onlardan müxtəlif məqsədlər üçün istifadə edilirdi. Sputnik Azərbaycan Mingəçevirdə dəvə fermasına baş çəkib və bu “səhra gəmilərinin” necə saxlandığını müşahidə edib.

Bu ferma sahiblərinin yeganə məqsədi ölkədə dəvələrin sayını artırmaqdır. Bir neçə il ərzində fermer Nizami Allahverdiyev onların sayını ikidən on dördə qaldırmağa müvəffəq olub. Onun oğlu Mikayıl isə ferma işlərində və heyvanlara qulluq etməkdə atasına kömək edir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri həmin fermaya gedərək bu ekzotik heyvanları öz gözü ilə görmək qərarına gəlib.

Qeyd edək ki, bu heyvanları şərq ölkələrində baş hesabı ilə deyil, nəfər hesabı ilə sayırlar. Dəvə yeganə heyvandır ki, şor su içməklə suya olan tələbatını ödəyə bilir. Onun ən üstün xüsusiyyətlərindən biri də heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilməsidir. Həm istiyə, həm soyuğa tab gətirə və bir gündə fasiləsiz olaraq 30-35 kilometr yol qət edə bilir.

Hazırda ölkəmizdə ekzotik heyvan kimi saxlanan dəvələrin ətindən, südündən və yunundan istifadə edilir. Lakin təəssüf ki, ildən-ilə ölkəmizdə dəvələrin sayı azalmaqdadır. Dövlət Statistika Komitəsinin son rəqəmlərinə görə, ölkəmizdə 239 dəvə var. Bu da 2013-cü illə müqayisədə 49 baş azalma deməkdir.

Xəbər lenti
0