CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata oğlunu süfrə başında güllələdi

© pixabay / jasongillmanДым из двуствольного охотничьего ружья
Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
Abunə olmaq
Ata oğlunu masa arxasında oturduğu yerdə arxadan güllələyib. Onun 18 aylıq körpəyə də rəhmi gəlməyib

BAKI, 19 dekabr — Sputnik. Balakən rayonunda güllələnmə hadisəsi baş verib. Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində, masa arxasında oturduğu yerdə arxadan güllələyib.

Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində masa ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıblar.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib.

Xəbər lenti
0