BAKI, 19 dekabr — Sputnik. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
© Photo : Agstafa Region Execution PowerAğstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sağda
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sağda
© Photo : Agstafa Region Execution Power
APA-nın məlumatına görə, RİH-in digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.
N. Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.
Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.