SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampa yol göründü: Palata impiçmenti təsdiqlədi

© AP Photo / Patrick SemanskyПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment ittihamlarını təsdiqləyib/

BAKI, 19 dekabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermə nəticəsində prezident Donald Trampa qarşı ittihamın ilk maddəsini impiçment prosedurunun bir hissəsi kimi təsdiqləyib.

APA xəbər verir ki, 230 millət vəkili Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırmağın lehinə səs verib, 197 konqresmen buna qarşı çıxıb, bir nəfər bitərəf qalıb.

ABŞ Nümayəndələr Palatası ölkə prezidentinə qarşı ittihamın ikinci maddəsini də təsdiqləyib. 229 millət vəkili dövlət başçısının Konqresin istintaqına maneə yaratmaqda ittiham etməsi ilə bağlı da səs verib, 198 konqresmen buna qarşı çıxıb, biri bitərəf qalıb.

Bundan sonrakı ittiham aktı məhkəməyə veriləcək, burada prosedur məhkəməyə çevriləcək. Buna ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsiflər heyətinin funksiyalarını yerinə yetirirlər.

Xəbər lenti
0