CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mal-qaranın sırasına itləri də qatıb iynələdilər

© Sputnik / Ilham AhmadovHeyvanların xəstəliklərə qarşı profilaktik tədbirləri
Heyvanların xəstəliklərə qarşı profilaktik tədbirləri - Sputnik Azərbaycan
Abunə olmaq
Qarayaraya qarşı əsasən payız aylarında vaksinasiya aparılıb. Buna görə yerlərdə sakinlər məlumatlandırılıb, peyvəndin vacibliyi diqqətə çatdırılıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amillərdən biri də mal-qara, qoyun-quzu arasında xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir. Bu mənada payız və qış aylarında epizootik sabitliyin təmin olunması başlıca şərtdir.

Son zamanlar respublikanın bəzi rayonlarında heyvanlar arasında müəyyən xəstəliklər yayılıb. Bu da əsasən aran rayonlarını əhatə edir. Mütəxəssislər isə bunu həmin bölgədə isti iqlim və hazırda havaların mülayim keçməsi ilə əlaqələndirirlər. Bəs görəsən, şimal-qərb rayonlarında vəziyyət necədir?

Qəbələ Baytarlıq İdarəsinin rəisi Bəhman Abdürəhmanovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, rayonda epizootik tədbirlər aparılır və daim nəzarətdədir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyindən idarəyə lazımi qədər vaksin göndərilib. Kampaniya çərçivəsində rayonda mal-qara ilə yanaşı, ev quşları və digər təsərrüfat heyvanları peyvənd olunub.

© Sputnik / Ilham AhmadovHeyvanlar peyvənd olunub
Mal-qaranın sırasına itləri də qatıb iynələdilər - Sputnik Azərbaycan
Heyvanlar peyvənd olunub

Qarayaraya qarşı əsasən payız aylarında vaksinasiya aparılıb. Buna görə yerlərdə sakinlər məlumatlandırılıb, peyvəndin vacibliyi diqqətə çatdırılıb. Aparılan məlumatlandırmanın nəticəsi olaraq Qəbələdə epizootik vəziyyətə tam nəzarət olunub.

Qəbələdə, statistikaya gorə, 46560 baş iribuynuzlu, 190 minə yaxın xırdabuynuzlu, min başa yaxın təkdırnaqlı, 400 minə yaxın ev quşu var. Bu il Qəbələdə həm qarayaraya, həm dabaq xəstəliyinə, həm də nodulyar dermatitə görə peyvəndləmə işləri aparılıb.

Qəbələ kəndlərinin əsas gəlir mənbələrindən biri də maldarlıq hesab edilir. Elə bu məqsədlə kəndlərdə sahə baytarlıq məntəqəsi fəaliyyət göstərir. Mal-qaranın peyvənd olunması üçün burada lazımi şərait yaradılıb. B.Abdürəhmanov bildirdi ki, rayonun müxtəlif kəndlərini əhatə edən 20 sahə baytarlıq məntəqəsində yüksək ixtisaslı mütəxəssislər peyvənd işini aparıblar.

Peyvəndləmə işləri İsmayıllı rayonunda da davam etdirilib. Rayon Baytarlıq İdarəsinin rəisi Mahir Bayramov Sputnik Azərbaycan-a bildirdi ki, rayonda epizootik vəziyyət sabitdir və heç bir xəstəlik və ya təhlükə qeydə alınmayıb. Onun sözlərinə görə, son zamanlar aran rayonlarında yayılan müəyyən xəstəliklər bu zona üçün xarakterik deyil. Bunun da əsas səbəbi rayonun dağlıq və soyuq iqlimli olmasıdır. Buna rəğmən, rayonda 51696 baş iribuynuzlu, 181659 baş xırdabuynuzlu, 419000-ə yaxın ev quşunda qarayara, dabaq, nodulyar dermatit, leptospiroz və tuberkulyoza, Nyukasl və "H" Nyukasl xəstəliklərinə qarşı peyvənd işləri aparılıb.

© Sputnik / Ilham AhmadovQarayaraya qarşı əsasən payız aylarında vaksinasiya aparılıb
Mal-qaranın sırasına itləri də qatıb iynələdilər - Sputnik Azərbaycan
Qarayaraya qarşı əsasən payız aylarında vaksinasiya aparılıb

Oğuz rayonunda da vəziyyət qənaətbəxş sayılır. Bu barədə rayon Baytarlıq İdarəsinin rəisi Şavəddin Ramazanov bildirib. Onun sözlərinə görə, demək olar ki, vaksinasiya işləri yekunlaşıb və rayonda narahatlığa səbəb olacaq heç bir xəstəlik yoxdur.

Şamaxı şəhər Baytarlıq İdarəsi ilə də əlaqə saxladıq və rayonda ilin sonuna aid məlumatları əldə etdik. İdarədən bildirildi ki, rayonda epizootik vəziyyət sabitdir və heç bir xəstəlik qeydə alınmayıb. Şamaxıda il ərzində çiçək xəstəliyinə görə 148621 xırdabuynuzlu, infeksion nodulyar dermatitə qarşı 36734 iribuynuzlu, leptospiroza qarşı 12527 iri, 15811 xırdabuynuzlu heyvan, qarayaraya görə 30521 iri, 139617 xırdabuynuzlu heyvan, 1141 at, quduzluğa qarşı 14 iribuynuzlu heyvan, 3966 it, "H" ştamm Nyukasl xəstəliyinə qarşı 341748 quş, "La-Sota" ştammına qarşı 629660 heyvan, dabağa qarşı 197673 xırda, 64494 iribuynuzlu heyvan, bruselyoza qarşı 25896 xırda, 5662 iribuynuzlu heyvan peyvənd olunub.

Xəbər lenti
0