CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ciddi problem yaşadı, Azərbaycan isə heç nə hiss etmədi

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİnternet şəbəkəsi, arxiv şəkli
İnternet şəbəkəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda internet istifadəçilərindən internet servislərinə girişlə bağlı Nazirliyə heç bir şikayət daxil olmayıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Avropanın əsas magitral optik xətlərində ciddi qəza baş verib. Məlumatlara görə, bu səbəbdən azərbaycanlı istifadəçilərin internet servislərinə girişi məhdudlaşıb. "Facebook" və "Google"-un bir sıra servisləri - "Gmail", "Youtube", "Google Analytics", "Google Play" və s. problemlər yaranıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Avropanın əsas magistral optik xətlərində baş verən qəzanın Azərbaycanda təsiri hiss olunmayıb. Azərbaycanda internet istifadəçilərindən internet servislərinə girişlə bağlı Nazirliyə heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, internetlə bağlı ən ciddi problem yaşayan ölkələr Böyük Britaniya, Almaniya, Niderland, İsveçrə, Avstriya, Ukrayna, Macarıstan, Rumıniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Ermənistan olub.

Xəbər lenti
0