CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə qeydiyyata alınan işsizlərin sayı açıqlanıb

© pixabay / Charly_7777Безработный мужчина, фото из архива
Безработный мужчина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydiyyata alınmış işsiz şəxslərin 36,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub

BAKI, 19 dekabr — Sputnik. 2019-cu il dekabr ayının 1-i vəziyyətinə Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Qeydiyyata alınmış işsiz şəxslərin 36,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.

2019 -cu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib. Cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1606,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xəbər lenti
0