CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzi bir müddət susuz qalacaq – Tədbirinizi görün

© Sputnik / Maksim BogodvidВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib. Qəza aradan qaldırılana qədər su verilməyəcək

BAKI, 18 dekabr — Sputnik. Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Xəbər lenti
0