Qazax istiqamətində kənd sakinlərinin evləri atəşə tutulub

© Sputnik / Konstantin ChalabovPulemyotdan atəş, arxiv şəkli
Pulemyotdan atəş, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub

BAKI, 18 dekabr — Sputnik. Dekabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Xəbər lenti
0