BAKI, 18 dekabr — Sputnik. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakıda ongünlük qış yarmarkası təşkil ediləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qış yarmarkaları dekabrın 21-dən başlayaraq Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeron rayonlarında təşkil ediləcək: "Yarmarkada kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əyləncəli proqramlar da olacaq".
Qeyd edək ki, yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır.