CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri yeni imtahan modelinin tətbiqindən danışdı

© AFP 2023 / FREDERICK FLORINЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Fənn olimpiadalarının qalibləri üçün qanunvericiliyə edilən dəyişikliklərlə yeni imkanlar yaradılıb” - Ceyhun Bayramov

BAKI, 18 dekabr — Sputnik. "İmtahan modellərinin dəyişdirilməsi, yeni imtahan modellərinin təqdim olunmasını normal qarşılamalıyıq. Bu işdə Sosial Tədqiqatlar Mərkəzinin gördüyü işləri dəyərləndirməliyik. Yeni imtahan modelinin tətbiqi, yəni buraxılış imtahanlarının növbəti təhsil pilləsinə təsiri çox önəmlidir. İmtahan modeli və bu istiqamətdə olan dəyişikliklər haqda danışarkən ümumilikdə təhsil sistemində olan dəyişikliklərə nəzər yetirməliyik".

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dörd illik ali təhsil, sadəcə, vaxt itkisidir?

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin “Yeni imtahan modeli: islahatlar, nəticələr, gözləntilər” hesabatının təqdimatında deyib.

Nazir fənn olimpiadalarının qalibləri üçün qanunvericiliyə edilən dəyişikliklərlə yeni imkanların yaradıldığını bildirib.

O, beynəlxalq qiymətləndirmədə Azərbaycanın yerinin bir qədər yüksəkdə göstərilməməsinin bu cür qiymətləndirmələrdə iştirak etməmək üçün əsas ola bilmədiyini vurğulayıb.

Xəbər lenti
0