CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kartla işləyən avtobusların sayı artdı

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir, 2020-ci ilin ilk aylarında daha bir neçə marşrutda kart sisteminə keçid təmin olunacaq.

BAKI, 18 dekabr — Sputnik. Hazırda Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Автобус ООО BakuBus - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu avtobus bir ay başqa istiqamətdən hərəkət edəcək

Qurumdan bildiriblər ki, 2019-cu ildə paytaxtda sərnişindaşıma üçün 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb, 8 avtobus parkı (qaraj) istifadəyə verilib, 10 marşrut xətti optimallaşdırılıb. 2020-ci ilin ilk aylarında  Bakıda ictimai nəqliyyatın daha bir neçə marşrutunda kart sisteminə keçid təmin olunacaq.

Ümumiyyətlə, ətraf ərazilərdə yaşayanlar daha müasir və keyfiyyətli şərnişindaşıma xidmətlərindən istifadə edəcəklər. Uzun zaman sərnişindaşıma xidmətlərinin təşkilində ətraf ərazilərdə yaşayan sakinlərə olan münasibət tamamilə müsbət mənada dəyişdiriləcək.

Xəbər lenti
0