Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ləzgi qadınların anadangəlmə qabiliyyəti – əlvan naxışlı yun corablar

Abunə olmaq
Hər ləzgi qadını demək olar ki, uşaqlıqdan corab toxumağı öyrənir. Sanki doğulanda əlində mil ilə dünyaya gəlirlər. Kaminat Pirəliyeva da bu cür qadınlardandır. Daha ətraflı videomuzda.

Ləzgi corabları artıq bütün xalqın milli atributlarından birinə çevrilib desək, yanılmarıq. Onlara hər ləzgi ailəsində rast gəlmək olur.

Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir  - Sputnik Azərbaycan
VİDEO
Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir

Al-əlvan, ən əsası isə isti olduqlarına görə mükəmməl ev ayaqqabısı hesab edilir. Maraqlısı odur ki, əvvəllər bu cür corabları çölə də geyərdilər, belə ki, kənd yerində bunlar rezin qaloşlar üçün əla isidici rolunu oynayırdı.

Hər kəndin özünə məxsus naxışları olur. Qusar rayonu Ləzə kənd sakini Kaminat Pirəliyeva danışır ki, corablara baxan kimi onların hansı kənddə toxunduğunu demək mümkündür. Qusar rayonunda kəndlərin çoxu maldarlıqla məşğul olduğu üçün, xammal da bol olurdu.

“İndi bütün sapları mağazadan alırıq. Əvvəllər isə onları özümüz xüsusi çarx və daraqlarda hazırlayırdıq, özümüz rəngləyirdik. Keyfiyyət də əla olurdu. Corablar illərlə qalırdı”, - deyə Kaminat xanım bizimlə bölüşüb.

Bütün bunlara baxmayaraq, corablar indi də öz məşhurluğunu itirməyib. Onlar hələ də mükəmməl hədiyyə hesab edilir və çox vaxt ləzgi qadınları qonaq gedəndə mütləq özləri ilə corab da aparırlar. Biz də onları öz ayağımızda “sınadıq” və zəmanət verə bilərik ki, doğrudan da çox isti və rahat olurlar.

Xəbər lenti
0