BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Milli Geyim Mərkəzi və Modalar evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə təltif olunub.
G.Xəlilovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Avropa Nəşrlər Evinin komissiyası dizayneri Azərbaycan milli geyimlərinin qorunub-saxlanılması və inkişafına, milli-mənəvi dəyərlərin təbliğatına, aktiv ictimai fəaliyyətinə, gənclərə vətənpərvərlik ruhu aşıladığına görə təltif edib.
Mükafatı Avropa Nəşrlər Evinin nümayəndəsi Sahilə Mirzəqızı təqdim edib.
![Azərbaycanlı modelyer qızıl medal aldı Azərbaycanlı modelyer qızıl medal aldı - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42263/37/422633763_0:0:979:653_600x0_80_0_0_fc18dae9da01a192e4942c9f8c3580f0.jpg)
Müxtəlif illərdə bu mükafata Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Kübra Əliyeva və digərləri layiq görülüblər.