Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Keçmiş bakılı olmur: gənc pianoçu Azərbaycan musiqisini ABŞ-da təbliğ edir

© Sputnik / Kemale AliyevaПианистка из Америки Алиса Дан
Пианистка из Америки Алиса Дан - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikada yaşayan pianoçu Alisa Dan öz çıxışları zamanı Azərbaycan bəstəkarlarının yaradıcılığına da müraciət etməyə çalışır.

BAKI, 18 dekabr — Sputnik. Valideynləri bakılı olan gənc pianoçu Alisa Dan öz köklərini unutmur və Azərbaycanı ABŞ-da tanıtmaq üçün əlindən gələn hər şeyi edir.

Qızın valideynləri 25 il əvvəl Azərbaycandan Amerikaya köçüblər. Alisa Amerikada doğulub, lakin anası Lina ilə birlikdə tez-tez Bakıya gəlir. Qız 6 yaşından başlayaraq musiqi ilə məşğul olur, xaricdə bir çox tədbirlərdə və konsertlərdə iştirak edir.

Bu dəfə Alisa Dan Bakıya Azərbaycanın Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradovanın dəvəti ilə gəlib. O, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında rəqqasənin 100 illik yubileyinə həsr olunmuş konsertdə çıxış edib.

"Baxmayaraq ki, biz Amerikada yaşayırıq, valideynlərim mənim azərbaycanlı köklərimi unutmamağım üçün hər şeyi edirlər. Anamla tez-tez Bakıya uçuruq, şəhəri gəzirik, indiyədək burada yaşayan qohumlarımızla görüşürük. Çox şadam ki, mənə ilk dəfə Bakı səhnəsində çıxış etmək nəsib olub. Mən Azərbaycanın məşhur caz pianoçusu Vaqif Mustafazadənin "Mart" əsərini ifa etdim", - deyə Alisa konsertdən sonra bildirib.

© Sputnik / Kemale Aliyeva Amerikada yaşayan pianoçu Alisa Dan
Keçmiş bakılı olmur: gənc pianoçu Azərbaycan musiqisini ABŞ-da təbliğ edir - Sputnik Azərbaycan
Amerikada yaşayan pianoçu Alisa Dan

Onun Bakı səhnəsində çıxışı ikiqat həyəcanverici olub: həm bu, onun Bakıda ilk çıxışı idi, həm də onu Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri müşayiət edirdi.

Onun sözlərinə görə, Amerikada həmişə solo ifa edir. Buna görə də orkestrlə birgə çıxış onun üçün bir qədər qeyri-adi və olduqca çətin idi. Çünki o, heç öz çıxışını musiqiçilərlə birlikdə məşq etməyə belə, fürsət tapmamışdı. Alisa şaddır ki, bütün bunlara baxmayaraq, Bakı publikası qarşısında kifayət qədər uğurlu çıxış edə bilib.

"Amerikada tez-tez Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edirəm. Ən çətini notları tapmaqdır. Biz onları əsasən onlayn sifariş edirik, yaxud da Bakıdan alırıq. Bunları öyrənməkdə mənə musiqi üzrə pedaqoqum kömək edir. Yeri gəlmişkən, o da bakılıdır, lakin uzun illərdir Amerikada yaşayır", - Alisa deyib.

Gənc musiqiçinin ən çox yadında qalan Nyu-Yorkdakı məşhur "Karnegi holl" (Carnegie Hall) konsert salonundakı çıxışıdır. O, burada Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Lirik Rəqs" əsərini ifa edib. Alisanın sözlərinə görə, tamaşaçılar bu ifadan vəcdə gəliblər və onu xeyli alqışlayıblar.

Xəbər lenti
0