BAKI, 18 dekabr — Sputnik. Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobus aşıb, ölən və xəsarət alanlar var. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar: "Yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir".