Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhalinin xarici valyutada qoyduğu əmanətlər nə qədər olub?

© REUTERS / Jason LeeЕвро, гонконгский доллар, доллар США, японская иена, британский фунт и китайский юань
Евро, гонконгский доллар, доллар США, японская иена, британский фунт и китайский юань - Sputnik Azərbaycan
Abunə olmaq
Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb

BAKI, 18 dekabr — Sputnik. 2019-cu il noyabr ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 8811,1 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Онлайн покупка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır

Əmanətlərin 55,4 faizi xarici, 44,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb.

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,88 (1,91) manata, 100 rus rubluna 2,66 (2,62) manata bərabər olub.

Onu da qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3060,8 manat, qeyri neft-qaz sektorunda 559,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.

Xəbər lenti
0