BAKI, 18 dekabr — Sputnik. Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. C.Qurbanov deyib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq: "Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yolları iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər".
Çindən gələn yüklər yeni marşrutla daşınacaq
00:10 18.12.2019 (Yenilənib: 19:55 16.11.2021)
© Sputnik / Kirill Kallinikov
/ Abunə olmaq
Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər