Azər Badamov: “Budəfəki seçkilərdə namizədlərin fəallığı müşahidə edilir”
“Bələdiyyə seçkilərinə hazırlıq tam qanuna uyğun şəkildə həyata keçirilir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
O bildirib ki, təbliğat-təşviqat kampaniyaları bütün ölkəni əhatə edib: “Budəfəki seçkilərdə namizədlərin fəallığı müşahidə edilir. Namizədlər yerlərdə təbliğat işlərini davam etdirirlər. Düşünürəm ki, seçkilər seçici fəallığı ilə baş tutacaq və onların istəklərinə uyğun yeni bələdiyyə sistemi formalaşacaqdır”.
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də baş tutacaq.
Azər Badamovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz