CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada yüzlərlə ailənin soyuqdan canı qurtardı

© © Sputnik / Elvin AhmadTəbii qaz
Təbii qaz - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz regional qaz istismarı idarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, Dəvədabanı massivində 605 abonentə qaz verilib. 

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 18 dekabr - Sputnik. Qubanın Dəvədabanı adlanan massivinə təbii qaz çəkilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Dəvədabanı massivinin sakinləri 30 ildən artıq idi ki, qazın olmamasından əziyyət çəkirdilər. Təbii qazla təmin olunan sakinlərin sözlərinə görə, onlar sanki ağ günə çıxıblar. 4 mindən çox əhalisi olan yaşayış massivinin sakinləri şəhər ərazisində yaşasalar da, evlərində istilik olmamasından, xüsusən qış aylarında çox əziyyət çəkdiklərini bildiriblər. Onlar həm də təbii qazın verilməsinin yaşıllığın qorunmasında da mühüm rol oynadığını bildiriblər. 

Təbii qazın istifadəyə verilməsi ilə əlaqədar olaraq yaşayış massivində tədbir keçirilib. Tədbir də Qubanın icra və hüquq-mühafizə orqanlarının, ayrı-ayrı təşkilat və müəssisələrinin, "Azəriqaz"ın Xaçmaz regional qaz istismarı idarəsinin rəsmiləri və yaşayış massivinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Xaçmaz regional qaz istismarı idarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, Dəvədabanı massivində 605 abonentə qaz verilib. 

Xəbər lenti
0