BAKI, 18 dekabr - Sputnik. Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur.
APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib.
Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Məlumatı “Caspian International Hospital”dan təsdiqləyiblər.
Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.