CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avtomobil alverçisi" tutulub – Sizə də ziyanı dəyə bilər

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinə məlumat vermələri xahiş olunur.

BAKI, 18 dekabr — Sputnik. Xızı rayonunda dələduz "avtomobil satıcısı" saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə məlum olub ki, R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.

© AR Ministry of Internal Affairs
Xızıda dələduzluq edən gənc saxlanılıb - Sputnik Azərbaycan
1/3
© AR Ministry of Internal Affairs
Xızıda dələduzluq edən gənc saxlanılıb - Sputnik Azərbaycan
2/3
© AR Ministry of Internal Affairs
Xızıda dələduzluq edən gənc saxlanılıb - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi təqdim edib. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu gəncin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-nə və ya şəhər telefonlarından 02331-5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0