CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə imtahan üçün ödənişin azaldılması təklif olunur

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanlar yay aylarında keçirildiyindən pəncərələrin təlimata zidd olaraq açıq qalması müşahidə edilir. Nəticədə, aparılan tikinti işləri, valideynlərin səs-küyü imtahan prosesinə maneələr yaradır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Bu gün Sosial Tədqiqatlar Mərkəzinin yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilərlə bağlı hesabatı açıqlanıb.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O son yüz ildə Azərbaycan təhsil sistemində olan dinamikadan və yeniliklər, onların təsirlərindən söz açıb. Z.Oruc bildirib ki, respondentlərin 85 faizindən çoxu yeni imtahan modeli barədə məlumatlıdır. O imtahanlarda yeni modelin tətbiqində əsas məqsədin orta məktəblə ali təhsil müəssisələri arasında əlaqəni gücləndirmək olduğunu vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mövsüm başladı, DİM sınaq imtahanlarına start verdi

Açıqlanan hesabatda isə buraxılış imtahanlarında 100 minə yaxın, 4-cü qrup qəbul imtahanlarında isə 70 minə yaxın abituriyentin iştirak etdiyi əksini tapıb. Bildirilib ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsindən 7-də plan yerləri tam, 20 ali təhsil müəsissəsində 90 faiz, 9 ali təhsil müəssisəsində isə 80 faizdən çox dolub. Bundan başqa, bir çox ölkələrin də ali məktəblərə qəbulla bağlı təcrübələri haqda məlumat verilib. Finlandiya və Çin təhsil modeli də təqdim olunub. Hesabatda bildirlib ki, İsrail modelinə görə isə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər ilk növbədə psixrometrik imtahandan keçmələri vacibdir.

Cənubi Koreya modeli haqda təqdim olunan məlumatda isə bu ölkədə ümumiyyətlə buraxılış imtahanının olmaması qeyd olunur. Bunun səbəbi isə orta təhsilin hamı üçün bir zəmanət rolu oynaması ilə izah olunur. Yəni orta məktəbi bitirən hər kəsin ali təhsil almaq hüququ yaranır.

Bundan başqa, hesabatda yazılı və şifahi imtahanın üstünlükləri, fərqləri də göstərilib.

Столовая в школе, фото из архива - Sputnik Azərbaycan
Qara günlü tələbə yataqxanaları: Nə insani şərait var, nə də normal yemək

Adıçəkilən hesabatda həmçinin təhsil ekspertlərinin də müəyyən fikirləri yer alıb. Qeyd olunub ki, 2008-ci ildə kurrikulum təbiq edildikdən sonra yazılan dərsliklərdə varislik və vahidlik prinsipi gözlənilmədi. Bu isə nəsillər arası əlaqələri pozdu.

Təhsil ekspertlərinin müəyyən fikirləri, iradları da hesabatda yer alıb. Kamran Əsədovun fikrinə görə, dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir: "O zaman şagird riyaziyyatı yox, onun köməyi ilə həyatı öyrənəcək. Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulan dərs vəsaitləri 6-17 yaşlı şəxslərin beyninə uyğun deyil. Bu dərsliklərin məzmunundan belə çıxır ki, məktəb dərsliklərini oxuyub başa vuran şəxslərin elmi dərəcələri olmalıdır. Çünki dərsliklərə bakalavr, magistr pilləsində keçirilən mövzular daxil edilib".

"Əlbəttə, abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Burada bir ziddiyyətli məqam ortaya çıxır. Əgər şagird apreldə keçirilən buraxılış imtahanından və mayda keçirilən qəbul imtahanından yüksək nəticə göstərsə və müsabiqə şərtlərini ödəsə, o orta məktəbə dərsə getməyə bilər, çünki potensial tələbə hesab edilir. Qəbul və buraxılış imtahanlarının tədris ili başa çatmamış keçirilməsi orta məktəblərin 11-ci sinifərində davamiyyətə mənfi təsir göstərə bilər", - deyə K.Əsədov əlavə edib.

Bundan başqa, ekspert qeyd edir ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri də buraxılış imtahanlarının tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu: "Xatırladaq ki, əvvəlki illərdə qəbul imtahanları tədris ili başa çatmamış, mayda keçirilsə də, buraxılış imtahanları tədris ili başa çatandan sonra, iyun ayında keçirilirdi. Bu ildən etibarən isə həm buraxılış imtahanı, həm də qəbul imtahanı tədris ili başa çatmamış keçirildi. Tədris proqramının mənimsənilməsi tədris ili başa çatmamış ancaq repetitor və hazırlıq kurslarında mümkündür. 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə 1 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq, bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. 2018-2019-cu tədris ilində isə 19 abituriyent tədris ili başa çatmamış tədris proqramını mənimsəyib 700 bal toplamışdı".

Təhsil eksperti Nadir İsrafilov isə tədris ili başa çatmamış imtahanların keçirilməsinin də bir narazılıq kimi qarşılanmasını qeyd edib: "Bunu əsasən il ərzində iki tədris həftəsinin artırılması və dərs ilinin başlanmasının ənənəvi olaraq sentyabrın 1-i deyil, 15-ə keçirilməsi nəticəsində yaranan fəsad kimi qiymətləndirmək olar. Burada da beynəlxalq təcrübə və iqlim amili əsas gətirilə bilər. Dövlət İmtahan Mərkəzi isə imtahanlarının tədris ili başa çatmadan keçirilməsi iş qrafikinin həddindən artıq yüklü olması ilə izah edir".

Hesabatda həmçinin test imtahanının keçirilməsi, yeni modelin tətbiqinin test imtahanlarına təsiri haqda yazılıb və qeyd olunub ki, öncəki illə müqayisədə ballaırn aşağı düşməsinin əsas səbəbi buraxılış və qəbul imtahanlarının modelinin yeni olması ilə əlaqədardır.

Təklif olaraq isə yeni test banklarının hazırlanması, imtahanlarda iştirak etmək üçün ödənişin məbləğinin aşağı salınması (təqribən 20-25 manat arasında olması), abituriyentlərin təkliflərinin təhlilinə əsasən qəbul imtahanlarının keçirildiyi ekoloji mühitin diqqətdə saxlanıması tövsiyə edilir. Qeyd edilir ki, bu imtahanlar yay aylarında keçirildiyindən pəncərələrin təlimata zidd olaraq açıq qalması müşahidə edilir. Nəticədə, aparılan tikinti işləri, valideynlərin səs-küyü imtahan prosesinə maneələr yaradır. Bunları nəzərə alıb imtahan keçirilən gün respublika ərazisində günün birinci yarısında (adətən, imtahanlar bütün respublika ərazisində eyni vaxtda – saat 11.00-da başlayır, 14.00-da başa çatır) tikinti işlərinin dayandırılması, valideynlərin isə hüquq-mühafizə orqanlarının işçiləritərəfindən imtahan binasından bəlli bir uzaqlıqda saxlanılması tövsiyə edilir.

Xəbər lenti
0