CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidAzərbaycanda prezident seçkiləri
Azərbaycanda prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
YAP, Vahid Azərbaycan Partiyası və Ana Vətən Partiyası səlahiyyətli nümayəndələrin qeydə alınması barədə MSK-ya müraciət ediblər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 dekabr - Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə komissiyanın 14 dekabr tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması barədə Yeni Azərbaycan Partiyasının müraciətinə baxılıb.

Bu məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, YAP İdarə Heyətinin iclasında səlahiyyətli nümayəndələr təyin olunub.

Sonra səlahiyyətli nümayəndələrin qeydə alınması barədə Vahid Azərbaycan Partiyasının müraciətinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, bu partiyadan 13 səlahiyyətli nümayəndə, 2 nəfər isə maliyyə məsələləri üzrə nümayəndə qeydə alınıb.

Daha sonra səlahiyyətli nümayəndələrin qeydə alınması barədə Ana Vətən Partiyasının müraciətinə baxılıb. Bu partiya 37 nəfər səlahiyyətli nümayəndə, 1 nəfərin isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınmasını təklif edib.

Hər üç partiyanın səlahiyyətli nümayəndələri müzakirədən sonra qeydə alınıblar.

Xəbər lenti
0