CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisimizə böyük bir vəzifə həvalə olunacaq

© AP Photo / Pavel GolovkinВид на Flame Towers в Баку
Вид на Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək

BAKI, 17 dekabr — Sputnik. Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

İclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Xəbər lenti
0