BAKI, 17 dekabr — Sputnik. UEFA xeyli müddətdir davam edən qalmaqallara görə Ermənistan Futbol Federasiyasını (EFF) diskvalifikasiya edə bilər. Bu barədə Sputnik Ermənistan yazıb.
"Ermənistan Futbol Federasiyası ətrafında qalmaqallar səngimir. Belə ki, EFF-nin sabiq prezidenti Ruben Ayrapetyanın zamanında tikinti işləri zamanı oğurluqlara dair cinayət işi başladılıb", - deyə məlumatda bildirilir.
Bundan əlavə, nəşr yazır ki, Ermənistanın hüquq-mühafizə orqanları indi də Federasiyanın Prezidentinin müavinləri Armen Melikbekyan və ya Armen Nikoqosyanın zamanında maliyyələşdirilən tikinti işləri ilə maraqlanıb.
Erməni KİV-i yazır ki, EFF prezident seçkiləri həddən artıq siyasiləşdirilib və məsələ ilə bağlı UEFA Prezidenti Aleksandr Çeferinə hesabat verilir. Buna görə, EFF UEFA tərəfindən bir neçə il müddətinə diskvalifikasiya edilə bilər.