CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı xəttindən yalnız sərnişindaşıma üçün istifadə olunacaq

Abunə olmaq
Bu sıxlıq ona görədir ki, Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur

BAKI, 17 dekabr — Sputnik. Bakıda Güzdək-Sahili birləşdirən dəmir yolunun təmir olunması nəticəsində Bakı xəttinin yalnız sərnişindaşma üçün istifadə olunması istiqamətində işlər aparılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib: "Düzdür Sumqayıt-Bakı arasında hazırda sıxlıq mövcuddur. Bu sıxlıq ona görədir ki, Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur. C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür. O qeyd edib ki, yeni qatarlar da gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.

Xəbər lenti
0