Zaur Məmmədov: “Türkiyə cəmiyyəti bu insanları tanıyır”
“Siyasətimizin təməli insan qürurunu qorumaq və yüksəltməkdir. İnsana laqeyd münasibət göstərən dövlət davamlı ola bilməz”. Bu fikirləri Türkiyənin sabiq Baş və Xarici İşlər naziri Əhməd Davudoğlu yeni yaradılmış Gələcək Partiyanın siyasi partiyanın toplantısında deyib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, keçmiş AKP-çilərin qurduqları partiyalarla Türkiyə siyasətində uğur qazana biləcəklərini düşünmür:
“Türkiyə cəmiyyəti bu insanları tanıyır. Hakimiyyətə simpatiyası olmayanlar daha çox alternativ cəbhələrə üz tutacaqlar. Bu alternativin keçmiş AKP-çilər olacağını düşünmürəm”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz